вторник, 17 марта 2015 г.

Ağirlıq qüvvəsi.Ümumdünya cazibə qanunu.

Yer qarşılıqlı təsir nəticəsində düşən cismin sürəti dəyişir.Yer cismi planetin mərkəzinə yönələn qüvvə ilə cəzb edir.Cisim də Yerə əks-təsir edərək onu özünə cəzb edir, lakin Yerin kütləsi cismin kütləsindən çox böyük olduğundan, demək olar ki, Yer hərəkətsiz qalır, cisim Yerə doğru hərəkət edir.
Cismin Yer tərəfindən cəzb olunduğu qüvvəyə agırlıq qüvvəsi deyilir.
Ağırlıq qüvvəsi cismin kütləsi ilə Yerin bu cismə verdiyi sərbəstdüşmə təcilinin hasilinə bərabərdir.

                                              F=mg

Burada F-ağırlıq qüvvəsi, m-cismin kütləsi, g-sərbəstdüşmə təcilidir. Təcilin qiyməti Yer səthi yaxınlıgında və orta cografi enlikdə belədir:
                                           
                                           g=9,81 N/San2=9,81m/San2
Ağırlıq qüvvəsi vektoru simmetrik formalı bircins cisimlərin mərkəzinə tətbiq olunur vəYerin mərkəzinə doğru yönəlir.Sərbəstdüşmə təcili  vektorunun istiqaməti düşən cismin hərəkət trayektoryasının ixtiyari nöqtəsində Yerin mərkəzinə doğru yönəlir.
Məlumdur ki, Günəş sistemi, qalaktika, ha belə Yer sistemi qravitasiya qarşılıqlı təsirləri nəticəsində mövcuddur.
Qravitasiya qarşılıqlı təsir kainatdakı bütün cisimlər arasında mövcuddur. Bu təsir qravitasiya sahəsi vasitəsilə ötürülür.
  Qravitasiya sahəsi cisimlər arasında qravitasiya qarşılıqlı təsirini ötürən materiyadır.
 Qravitasiya sahəsinin əsas xassələri bunlardır:
1.Qravitasiya sahəsinin mənbəyi kütlədir.Böyük kütləli cisimlərin qravitasiya sahəsi kiçik kütləli cisimlərin qravitasiya sahəsindən daha böyükdür.
2.Qravitasiya sahəsinin qüvvə xarakteristikası intensivlikdir.
Qravitasiya qarşılıqlı təsir ədədi qiymətcə cazibə qüvvəsi ilə xarakterzə olunur.
Cisimlər arasındakı  cazibə qüvvəsinin modulunun bu cisimlərin kütləsindən və arasındakı məsafədən asılılıgını İngilis alimi İsaak Nyuton ümumdünya cazibə qanunu kimi ümumiləşdirdi:
  Maddi nöqtələr bir-birini kütlələrinin hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütanasib qüvvə ilə cəzb edir.
                                                    

Комментариев нет:

Отправить комментарий