вторник, 17 марта 2015 г.

Ağirlıq qüvvəsi.Ümumdünya cazibə qanunu.

Yer qarşılıqlı təsir nəticəsində düşən cismin sürəti dəyişir.Yer cismi planetin mərkəzinə yönələn qüvvə ilə cəzb edir.Cisim də Yerə əks-təsir edərək onu özünə cəzb edir, lakin Yerin kütləsi cismin kütləsindən çox böyük olduğundan, demək olar ki, Yer hərəkətsiz qalır, cisim Yerə doğru hərəkət edir.
Cismin Yer tərəfindən cəzb olunduğu qüvvəyə agırlıq qüvvəsi deyilir.
Ağırlıq qüvvəsi cismin kütləsi ilə Yerin bu cismə verdiyi sərbəstdüşmə təcilinin hasilinə bərabərdir.

                                              F=mg

Burada F-ağırlıq qüvvəsi, m-cismin kütləsi, g-sərbəstdüşmə təcilidir. Təcilin qiyməti Yer səthi yaxınlıgında və orta cografi enlikdə belədir:
                                           
                                           g=9,81 N/San2=9,81m/San2
Ağırlıq qüvvəsi vektoru simmetrik formalı bircins cisimlərin mərkəzinə tətbiq olunur vəYerin mərkəzinə doğru yönəlir.Sərbəstdüşmə təcili  vektorunun istiqaməti düşən cismin hərəkət trayektoryasının ixtiyari nöqtəsində Yerin mərkəzinə doğru yönəlir.
Məlumdur ki, Günəş sistemi, qalaktika, ha belə Yer sistemi qravitasiya qarşılıqlı təsirləri nəticəsində mövcuddur.
Qravitasiya qarşılıqlı təsir kainatdakı bütün cisimlər arasında mövcuddur. Bu təsir qravitasiya sahəsi vasitəsilə ötürülür.
  Qravitasiya sahəsi cisimlər arasında qravitasiya qarşılıqlı təsirini ötürən materiyadır.
 Qravitasiya sahəsinin əsas xassələri bunlardır:
1.Qravitasiya sahəsinin mənbəyi kütlədir.Böyük kütləli cisimlərin qravitasiya sahəsi kiçik kütləli cisimlərin qravitasiya sahəsindən daha böyükdür.
2.Qravitasiya sahəsinin qüvvə xarakteristikası intensivlikdir.
Qravitasiya qarşılıqlı təsir ədədi qiymətcə cazibə qüvvəsi ilə xarakterzə olunur.
Cisimlər arasındakı  cazibə qüvvəsinin modulunun bu cisimlərin kütləsindən və arasındakı məsafədən asılılıgını İngilis alimi İsaak Nyuton ümumdünya cazibə qanunu kimi ümumiləşdirdi:
  Maddi nöqtələr bir-birini kütlələrinin hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütanasib qüvvə ilə cəzb edir.
                                                    

понедельник, 16 марта 2015 г.

Qravitasiya sahəsi

Bu araşdırmalarda məqsədimiz, Qravitasiya qarşılıqlı təsirinin Kayınatdakı bütün cisimlər arasında mövcud oldugunu və göy cisimlərinin kütlədən asılılığını öyrənməkdir.Deməli agırlıq qüvvəsi olmasaydı xoşa gəlməyən hallar baş verərdı.Bütün cisimlər fəzada gəzərdi.Həyat olmazdı. Cazibə olmasaydı Planetlər orbitindən çıxardı.

Cazibə qüvvəsi

Biz öryəndik ki,nə üçün bütün cisimlər Yerə doğru hərəkət edir, cisimləri hansı qüvvələr yerə doğru hərəkət etməyə məcbur edir və planetlər öz orbitindən niyə uzaqlaşmır.
 Deməli Yerin kütləsi cisimlərin kütləsindən böyük olduğu üçün cisimlər Yerə doğru hərəkət edir və bütün cisimlərə ağırlıq qüvvəsi təsir edir.Ağırlıq qüvvəsi cismin kütləsindən  asılıdır. Kütləyə malik bütün cisimlərin
ətrafında cazibə qüvvəsi mövcuddur Kütləsi böyük olan cismin ətrafında cazibə daha böyükdür.Biz VEB2 alətindən istifadə edərək bir daha əmin olduq ki, Yerin kütləsi cismin kütləsindən böyük olduğu üçün cisimlər yer tərəfindən cəzb olunur. Cazibə qüvvəsi azı iki cisim arasında baş verir. Araşdirmalar zamanı biz Günəşin ətrafında Planetlərin hərəkətinə səbəb cismin kütləsinin və cazibə qüvvəsini
n roulunun böyük oldugunu öyrəndik. Günəşin cazibəsi
böyük olduğu üçün planetlər Günəşin cazibəsindən çıxa bilməz.Biz fiziki göstəricilər cədvəlindən istifadə edərək Planetlərin kütlələri cəmini hesablayırıq, alınan ifadəni Günəşin
kütləsi ilə müqayisə atdik. Burdanda gördük ki,Günəşin kütləsi bütün Planetlərin ümumi kütləsindən 1000 dəfə böyükdür. Bu onu göstərir ki,cazibə qüvvəsi kütlədəndə asılıdır.